Kiyevin indi Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hücumu davam edəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə əsasən, Rusiyanın hücumu davam edərsə, “sanitar zona”nın sərhədinin harada olacağını söyləmək çətindir.
“Lakin bu, Kiyevin xeyrinə olmayacaq”, deyə Medvedev vurğulayıb.
Siyasətçi hesab edir ki, Ali Radada ağıllı qüvvələr yoxdur, Ukraynadakı bütün prosesləri ABŞ idarə edir.
Medvedev qeyd edib ki, Kiyevin Putinin səsləndirdiyi təklifləri qəbul etmək və sülhü bərqərar etməyə çalışmaq imkanı var, hər bir sonrakı təklif əvvəlkindən daha pis olacaq.
Azinformasiya.az