MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, eləcə də Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

 

Azinformasiya.az xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə əsasən, bu günə kimi müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyada isə prezident seçkiləri martın 17-nə təyin olunub. Şimal qonşumuzun seçiciləri martın 15-dən başlayaraq üç gün ərzində səs verə biləcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir