Moldova 2030-cu ilə kimi Avropa İttifaqının (Aİ) üzvü ola bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Bloomberg“ə müsahibəsində bildirib.
O, İttifaqa daxil olmaq məsələsinin ölkədə həyat səviyyəsinin yaxşılaşdırılmasından asılı olduğunu qeyd edib:
“Həyat səviyyəsini nə qədər tez yüksəltsək, bir o qədər tez qoşulmaq şansımız olacaq. Bu, bizim məqsədimizdir”, – Sandu diqqətə çatdırıb.
Azinformasiya.az