İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.
Azinformasiya.az xəbər verir ki, Mask bu haqda öz “X” hesabında məlumat verib.
“Mən olmasaydım, Tramp seçkiləri uduzar, Nümayəndələr Palatası Demokratların nəzarəti altına keçərdi”, – o yazıb.
Qeyd edək ki, Mask tənqidi fikirləri Trampın onun hərəkətlərindən məyus olması ilə bağlı sözlərinə cavab olaraq yazıb.
Azinformasiya.az