Abşeron rayonunda sexdə bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində baş verib. Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Azinformasiya.az