Masallıda zəlzələ baş verib.
Azinformasiya.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən zəlzələnin yerli vaxtla saat 15:24-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə, Masallı rayonunda qeydə alındığı bildirilib.
3,1 bal gücündə, 20 km dərinlikdə olan zəlzələ hiss olunmayıb.
Azinformasiya.az