Masallı rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində baş verib.
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarında olan maneəyə çırpılıb. Qəza nəticəsində sürücü R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə sərnişin qismində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az