Masallıda kanalda meyit tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə dekabrın 29-da qeydə alınıb. Masallı rayonunun Bədəlan kənd sakini 1980-ci il təvəllüdlü Ruhiyyə Mirzəyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənd ərazisindəki kanalda tapılıb.
Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az