Masallı İdman Kompleksində idman edən kişi ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə fevralın 28-də baş verib. 1977-ci il təvəllüdlü Səbuhi Abbasov Masallı İdman Kompleksində idman edərkən halı pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az