Masallıda avtomobilin vurduğu velosipedçi ölüb

Masallıda avtomobilin vurduğu velosipedçi dünyasını dəyişib.

 

Azinformasiya.az xəbər verir ki, martın 23-də 1955-ci il təvəllüdlü Nəsirov Bayraməli Çıraq oğlu idarə etdiyi “VAZ-21013” markalı avtomobillə velosipedlə hərəkətdə olan, 1968-ci il təvəllüdlü Ağayev Zaid Oruc oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq Zaid Ağayev dünən dünyasını dəyişib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir