Masallıda avtomobil daş hasara çırpılıb, 21 yaşlı sürücü ölüb

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində qeydə alınıb.

Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir