ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb.
Azinformasiya.az xəbər verir ki, Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birlikdə jurnalistlərə açıqlaması zamanı bu məsələyə toxunub.
Rubio qeyd edib ki, ABŞ Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir.
“Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, həmçinin Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə – biz dünyada bunu edə biləcək yeganə ölkəyik. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”, – Rubio vurğulayıb.
Azinformasiya.az