Mark Rutte: İsrail Qəzzada istifadə etdiyi güc səviyyəsini kəskin azaltmalıdır

İsrail Qəzzadakı əməliyyatlarında istifadə etdiyi güc səviyyəsini kəskin şəkildə azaltmalıdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte “X” hesabında yazıb.

Baş nazirin sözlərinə əsasən, onun İsrail Baş naziri ilə səmimi telefon söhbəti olub.

“HAMAS bütün girovları mümkün qədər tez azad etməlidir. Həmçinin İsrail günahsız dinc sakinlər arasında həddən artıq çox itkiyə səbəb olduğu üçün əməliyyatlarında istifadə etdiyi güc səviyyəsini kəskin şəkildə azaltmalıdır”, – Niderland Baş naziri bildirib.

O vurğulayıb ki, İsrail, həmçinin Qəzzaya əhəmiyyətli dərəcədə daha çox humanitar yardımın daha tez çatdırılmasına icazə verməlidir. “Bunun mümkün olması üçün biz konkret tədbirləri müzakirə etdik. Vəziyyət təcili humanitar atəşkəs tələb edir”, – Baş nazir Rutte diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir