“Avropa İttifaqı ona üzv olan dövlətlər üçün təhlükədir”.
Azinformasiya.az “El Periódico” qəzetinin saytına istinadən xəbər verir ki, bunu Fransa parlamentinin “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen deyib:
“Avropa İttifaqı Avropa demək deyil. Bu, sadəcə olaraq bir neçə onillik boyunca həm ölkələrimizə, həm də iqtisadiyyatımıza daha az fayda verdiyi sübuta yetirilən kontinental əməkdaşlıq formasıdır”.
O, eyni zamanda sözügedən qurumda islahatların aparılmasını, eləcə də üzv dövlətlərə daha çox səlahiyyətin verilməsini təklif edib.
Azinformasiya.az