Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasının (MINUSMA) yeddi sülhməramlısı yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə missiyanın “Twitter“ səhifəsində məlumat verilib.
“Xəsarət alanlara lazımi tibbi yardım göstərilir”, – missiyanın kommünikesində deyilir.
Hadisə Duenza şəhərindən 34 km şimalda baş verib. Yaralı sülhməramlıların şəxsiyyəti və vətəndaşlığı barədə məlumat verilmir.
Azinformasiya.az