Malidə nazirin kortejinə silahlı hücum olub, 4 polis yaralanıb

Malinin Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.

 

Azinformasiya.az “Figaro”ya istinadla xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb.

Nazir hər hansı xəsarət almayıb.

Mali hökumətinin iddiasına əsasən hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törədib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir