Malayziya XİN rəhbəri: BMT-də ciddi islahatlar aparılmalıdır

BMT-də ciddi islahatlar aparılmalıdır. Bu islahatlar dünyanın böyük problemlərlə qarşı-qarşıya olduğu bir vaxtda faydalı olur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı söyləyib.

Malayziya XİN rəhbərinin sözlərinə əsasən, Malayziya İsveçdə Quranın yandırılması kimi dünyada nifrət dolu söz və hərəkətlərin artmasından narahatdır:

“Mövcud dünya nizamı məyusluq içindədir… Bu gün ölkələr koronavirus pandemiyasının təsirlərindən hələ tam sağalmayıb, inflyasiya kimi iqtisadi problemlərlə üzləşirlər”.

Malayziya XİN başçısı Qoşulmama Hərəkatının önəmli yekun sənədlərini hazırladığına görə Azərbaycana təşəkkür edib: “Biz, eyni zamanda bu dörd il ərzində asan olmayan əla və uğurlu əməkdaşlığa görə Azərbaycana təşəkkür edirik”.

O, həmçinin qeyd edib ki, QH-nin keçən il iclasında yekun sənəddə Cənub Çin dənizi ilə bağlı bəndə etirazlar olub.

“Bu məsələ bizim təhlükəsizliyimiz və suverenliyimizlə bağlıdır”, – Malayziya XİN rəhbəri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir