Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Azinformasiya.Az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.
Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb.
Türkiyənin təhsil naziri Mahmut Özer isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.
Malatyada baş verən zəlzələ nəticəsində iki nəfər yaralanıb.
Azinformasiya.Az “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, yeraltı təkan nəticəsində hələ ki ölən yoxdur.
Vitse-prezident vətəndaşları zədəli binalardan uzaq durmağa çağırıb.
Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir.
Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib.
Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.
Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub.
Azinformasiya.Az “HaberTurk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.