Makron Zelenskiyə hökumət təyyarəsi verilməsini Fransanın şərəf məsələsi hesab edir

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Fransa hökumət təyyarəsinin Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə verilməsi Fransa üçün şərəf məsələsidir.

 

Azinformasiya.az xəbər verir ki, o, bu barədə bazar günü Xirosimada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

“Düşünürəm ki, bunu etmək Fransanın şərəf məsələsidir. Bu, münaqişənin ilk günündən Kiyevi dəstəkləmək siyasətimizə tam uyğundur”, – o vurğulayıb.

“Bizim mövqeyimiz aydın və dəyişməzdir: biz Ukraynanı hər cür dəstəkləyirik, münaqişəyə girmirik”.

Qeyd edək ki, Makronun Xirosimada keçiriləcək G-7 sammitinə getmək üçün Zelenskiyə hökumət təyyarəsi vermək qərarı Fransada tənqidlərə səbəb olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir