Fransa Prezidenti Emmanuel Makron vətəndaşlara müraciət edib.
Azinformasiya.az xəbər verir ki, o, valideynləri övladlarını küçələrə buraxmamağa çağırıb.
Qeyd edək ki, 17 yaşlı Əlcəzair əsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla bağlı Fransada fövqəladə vəziyyət elan ediləcəyi ehtimal olunur. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Keçən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.
Azinformasiya.az