Makron və Tokayev Cənubi Qafqazı müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Makron öz sosial media hesabında məlumat paylaşıb.

“Mən indicə Qazaxıstan prezidenti ilə danışdım. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və Prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra biz xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığımızı gücləndirməyi müzakirə etdik”, – Fransa Prezidenti bildirib.

Onun sözlərinə əsasən, telefon danışığı zamanı beynəlxalq vəziyyət də diqqət mərkəzində olub:

“Biz Rusiyanın Ukraynadakı müharibəsi və Cənubi Qafqazda davam edən danışıqları müzakirə etdik”, – Makron vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir