Makron: Ukraynanın kəşfiyyat və təhlükəsizlik dəstəyinin 2/3-sini Fransa təmin edir

Bu gün Ukraynanın ehtiyac duyduğu kəşfiyyat və təhlükəsizlik dəstəyinin təxminən 2/3 hissəsi Fransanın təmin etdiyi resurslara əsaslanır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ölkəsinin cənubundakı “İstr” aviabazasında tədbirdə çıxışı zamanı deyib. Makron son vaxtlar Ukraynanın müdafiəsini təmin edən Avropanın silah və müdafiə sistemlərinin ABŞ silahlarının payını üstələdiyini bildirib. O, tərəfdaşlarını müasir silah sistemləri sahəsində daha çox öz imkanlarına əsaslanmalı və xarici tərəfdaşlardan asılılığı azaltmalı olduğunu vurğulayıb.

Makron bildirib ki, qısa müddətdə təhlükəsizlik balansını qorumaq üçün Avropa və xüsusilə Fransa Rusiyanın “Oreşnik” kimi raket sistemlərinə bənzər silahlar əldə etməli və öz müdafiə sənayesini gücləndirməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir