Makron: Ukrayna probleminin tez və asan həlli yoxdur

Ukrayna ilə Rusiya arasında münaqişənin tez və asan həlli yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Fransa Prezidentini Emmanuel Makron ölkənin səfirləri ilə illik görüşü zamanı deyib.

Makron bildirib ki, ABŞ Rusiyanı Ukrayna böhranı ilə bağlı danışıqlar masasına oturmağa inandırmaqda əsas rol oynamalıdır: “Amerikanın yeni prezidenti (Donald Tramp) özü də bilir ki, Ukrayna məğlub olarsa, Birləşmiş Ştatların heç nə qazanma şansı yoxdur və Ukraynanın kapitulyasiyası avropalılar və amerikalılar üçün yaxşı ola bilməz”.

Fransa Prezidenti Kiyevi real ərazi məsələləri üzrə müzakirələr aparmağa çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir