Fransa Prezidenti Emmanuel Makron Şri-Lankaya səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Radio French International” (RFI) məlumat yayıb.
Makron Şri-Lankaya səfər edən ilk fransız dövlət başçısı olub.
Makron Fransa ilə Şri-Lanka arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə ölkəyə səfər edib.
Səfəri çərçivəsində təkcə paytaxt Kolombo hava limanında qalan Makron Şri Lanka lideri Ranil Vikremesinqhe və xarici işlər naziri Əli Sabri ilə görüşüb.
Makron ağır iqtisadi dövrlər yaşayan Şri-Lankaya borc veriləcəyi vədini verib.
Səfərin iki saat çəkdiyi bildirilib.
Azinformasiya.az