Makron Putinlə danışmağa hazır olduğunu bildirib

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin istəyi olarsa, onunla danışmağa hazır olduğunu bildirib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Makron bu gün “France 24” telekanalına müsahibəsində söyləyib.

Makron, həmçinin qeyd edib ki, hazırda onun özünün Putinə zəng etməsi üçün heç bir əsas yoxdur: “Özümün zəng etməyim üçün heç bir səbəbim yoxdur. Ukrayna əks-hücum həyata keçirir və ümid edirəm ki, Ukraynanın şərtləri əsasında danışıqların vaxtı gəlib çatacaq. Putin özü mənə zəng edib hər hansı təklif irəli sürsə, dialoq olacaq, çünki Fransa hər zaman vasitəçi ölkə olub”, – Fransa Prezidenti bildirib.

Makronun sözlərinə əsasən, indiki vəziyyətdə dialoqun bərpası sülh şəraitində yaşamaq imkanını təmin edən beynəlxalq hüququn tələbləri yerinə yetirildiyi təqdirdə mümkün ola bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir