Fransa Prezidenti Emmanuel Makron İsraili Livanla birbaşa danışıqlar aparmağa çağırıb.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Fransa lideri Livanın İsrail ilə birbaşa danışıqlara hazır olduğunu bildirib.
Makron Livan Prezidenti və Baş naziri ilə telefonla danışdığını qeyd edib.
O, Fransanın Livan və İsrail arasında danışıqları Parisdə keçirməyə hazır olduğunu da vurğulayıb.
Azinformasiya.az