Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Böyül Britaniyanın “The Times” gündəlik qəzeti yazıb.
Tacqoyma mərasiminin 2 min nəfərin iştirakı ilə Londondakı Vestminster abbatlığında (Westminster Abbey) 6 may tarixində keçiriləcəyi qeyd olunub.
“Əlahəzrət kral, kraliça-konsort (kralın həyat yoldaşı) və Britaniya xalqı ilə bizim aramızda güclü dostluq, hörmət və ehtiram mövcuddur”, – nəşr Makronun dediklərindən sitat gətirib.
Nəşr, eyni zamanda fransız diplomatik mənbəsinə istinad edərək Böyük Britaniya ilə münasibətlərin Fransa hakimiyyəti üçün çox böyük əhəmiyyəti olduğunu bildirib.
Azinformasiya.az