Makron iğtişaşlarla bağlı Brüsseldən təcili Parisə qayıdıb

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edərək Parisə qayıdıb.

 

Azinformasiya.az AFP-yə istinadən xəbər verir ki, Prezident Makron bir yeniyetmənin polis tərəfindən vurulmasından sonra artıq üç gecədir ki, davam edən iğtişaşların yaşandığı Fransaya qayıtmaq üçün bu gün Brüsseldə keçirilən Aİ sammitini erkən tərk edib.

Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edən Makron jurnalistlərə açıqlama verməyib.

Fransa liderinin hökumət kabinetinin fövqəladə iclasında iştirak edəcəyi gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir