Makron: Fransa hökumətinin pensiya islahatı demokratik yolunu davam etdirəcək və ilin sonuna qədər qüvvəyə minməlidir.

Fransa hökumətinin təklif etdiyi pensiya islahatı demokratik yolunu davam etdirəcək və ilin sonuna qədər qüvvəyə minməlidir.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində söyləyib.

“Bu mətn demokratik yolunu davam etdirəcək” deyən Makron, parlamentdəki müzakirələr və qanun layihəsinin qəbulundan sonra hökumətə etimad səsverməsi də daxil olmaqla bütün rəsmi prosedurlara əməl edildiyini xatırladıb: “Biz qanun layihəsi ilə bağlı Konstitusiya Şurasının rəsmi mövqeyini gözləməliyik”.

Makron, eyni zamanda islahatın ilin sonuna kimi qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir