Makron Fransa hökumətində dəyişikliklərlə bağlı iclas keçirəcək

Fransa Prezidenti Emmanuel Makron hökumətdə dəyişikliklərlə bağlı iclas keçirəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Agence France Presse” (AFP) məlumat yayıb.

Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin iyulun 20-də olacağı bildirilir.

Bundan öncə, Fransa Prezidentinin hökumətdə dəyişiklikləri bu həftənin sonuna kimi elan edəcəyi deyilirdi. Məlumata əsasən, Makronun dəyişikliyi Baş nazir Elizabet Borna təsir etməyəcək və öz vəzifəsini qoruyacaq.

Qeyd edək ki, aprelin 17-də Fransa lideri Emmanuel Makronun etirazlar və pensiya yaşını yüksəltmək üzrə qeyri-populyar planları fonunda özünə verdiyi 100 gün bitmək üzrədir. Ölkədə aparılan ictimai rəy sorğuları göstərir ki, Fransa dövlət və hökumət orqanlarında yaxın vaxtlarda dəyişikliklərin olacağı qaçılmazdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir