Makron Almaniyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 2-4 iyul tarixlərində Almaniyaya dövlət səfəri edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Makron Ştaynmayerin dəvəti əsasında səfər edəcək və hər iki dövlət başçısı birlikdə Almaniyanın bir sıra regionlarına gedəcək.

Prezidentlərin hansı mövzular ətrafında müzakirələr aparmaq niyyətində olduqları açıqlanmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir