“Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verməyə hazırdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
O, bu barədə Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında danışıb.
“Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq obyektiv mövqeyi olub”, – o qeyd edib.
Nazir həmçinin deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir: “Macarsıtanın “Exim Bank”ı Azərbaycana 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb, iri şirkətlərimiz Azərbaycan iqtisadiyyatına sərmayə qoyublar, o cümlədən neft yataqlarının işləənməsində iştirak ediblər”.