Macarıstanın XİN başçısı Rusiyaya səfər edib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Rusiyaya səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda nazir “Facebook” hesabında paylaşım edib.

“Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün fasiləsiz qaz nəqli, neft nəqli və nüvə yanacağının nəqli lazımdır. Bu üç şərti yerinə yetirmək üçün Macarıstan-Rusiya enerji əməkdaşlığı fasiləsiz olmalıdır. Bu, siyasi zövq məsələsi deyil, fizika məsələsidir. Bu gün Moskvada biz Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün zəruri olan əməkdaşlığın ən vacib məsələlərini müzakirə edəcəyik”, – nazir paylaşımında bildirib.

O səfəri çərçivəsində Rusiya Baş nazirinin enerji məsələləri üzrə müavini Aleksandr Novakla görüşüb. “Ölkəmizi təbii qazla təmin edən “Türk Axını” boru kəmərinin fiziki və texniki təhlükəsizliyi, neft təchizatımızı təmin edən “Dostluq” boru kəməri ilə tranzit daşımaların saxlanılması və nüvə sənayesini təhdid edən sanksiyaların qarşısının alınması müzakirəmizdə olan məsələlərdir”, – Peter Siyarto vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir