Macarıstan İsveçin NATO-ya üzv olması ilə bağlı protokolu Türkiyədən daha tez ratifikasiya edəcək.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Bosniya və Herseqovina xarici işlər naziri ilə görüşdən sonra mətbuat konfransında bildirib.
“Biz İsveçin NATO-ya daxil olmasını dəstəkləyirik”, – deyən XİN başçısı hökumətin bu məsələ ilə bağlı mövqeyini çoxdan açıqladığını vurğulayıb. “Əgər biz bunu dəstəkləməsəydik, ratifikasiya təklifini parlamentə təqdim etməzdik”, – o qeyd edib.
Onun sözlərinə əsasən, bundan sonra parlamentarilər qərar qəbul etməlidir.
“Son bəyanatlardan məlum idi ki, Türkiyədə ratifikasiya prosesi sabah yekunlaşmayacaq və bizim də bu prosesi sonuncu tamamlamayacağımızla bağlı əvvəlki sözümüz qüvvədə qalır”, – XİN rəhbəri diqqətə çatdırıb.
Azinformasiya.az