Macarıstan və Ukrayna xarici işlər nazirləri görüşüb

Ukraynada səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ujqorodda Siyarto və Kuleba arasında Ukrayna-Macarıstan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqlar keçirilir.
Görüşdə Ukrayna Prezident Ofisnin rəhbəri Andriy Yermak da iştirak edir.

Rəsmilər, eyni zamanda Ukraynanın suverenliyin və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olan Ukrayna Silahlı Qüvvələrinin macar əsilli əsgərlərinin məzarlarını ziyarət ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir