Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammiti başlamadan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Orbanın fikrincə İttifaq bu məsələni üzvlük üçün bütün zəruri şərtlər yerinə yetirildiyi zaman müzakirə etməlidir və Macarıstan danışıqların başlanmasının tərəfdarı deyil.

Macar hökumətinin başçısı bildirib ki, yeddi ilkin şərt var idi, ancaq Ukrayna onlardan üçünü yerinə yetirməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir