Mən düşünürəm ki, Rusiya Ukraynada qalib gələ bilməyəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Macarıstan Prezidenti Katalin Novak Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.
Macarıstan lideri Avropada sülhün vacibliyini vurğulayıb və həmçinin qeyd edib ki, Macarıstan Ukraynanı dəstəkləyir.
“Rusiya bu müharibədə qalib gəlməməlidir, buna imkan vermək olmaz. Lakin təbii ki, günün sonunda regionda sülh bərqərar olmalıdır. Ukrayna “Sülh Formulu”nu təqdim edib və biz bu Formulu dəstəkləyirik, bizim hədəfimiz sülhə müvəffəq olmaqdır”, – Macarıstan Prezidenti vurğulayıb.
Azinformasiya.az