“Mən özüm də buna razılıq vermişəm” – Paşinyan

“Sərhəddə insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Müdafiə Nazirliyinin rəhbərləri arasında operativ əlaqənin yaradılması müzakirə edilir”.

Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn iclas zamanı bildirib.

“Avropa İttifaqının prezidenti ilə telefon danışığı zamanı daha bir təşəbbüs irəli sürüldü. Söhbət iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almağa çalışmaqdır”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu cür əlaqənin effektivliyinə yalnız müəyyən vaxt keçdikdən sonra qiymət vermək olar, lakin faktın özünü çox vacib hesab etmək lazımdır:

“Mən özüm də razılıq vermişəm. Ümid etməliyik ki, bu cür əlaqə regionda sabitliyin bərqərar olmasına töhfə verəcək. Deyə bilərəm ki, əlaqə artıq qurulub. Mən bunu yüksək qiymətləndirirəm. Bu, çox vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir