“Keçən il dövlət sifarişli plan yerlərinin sayı artmışdı. İndi heç bir fikir söyləyə bilmərik”.
Azinformasiya.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
DİM sədri qeyd edib ki, plan yerlərini Nazirlər Kabineti təsdiqləyir: “Biz yalnız təkliflərimizi veririk. Qeyd edim ki, 2019-cu ildə 41 693 nəfər ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, həmin plan yerləri 87% dolmuşdu. Qəbul olanların arasında 7% subbakalavr idi. 2020-ci ilin plan yerləri artırılıb. Dövlət sifarişli yerləri də artmışdı. Həmin il 41 748 nəfər ali məktəbə qəbul olmuşdu. 86 % plan yerləri dolmuşdu. Qəbul olunanlar arasında 10 % subbakalavr təşkil edirdi. 2019-cu il 3 515 subbakalavr, 2020-ci ildə isə 5 179 subbakalavr ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, ildən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”.