“Hansısa təhsil müəssisəsində müəyyən yoluxma ocaqlarının yaranacağı qaçılmazdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, məktəblərdə yoluxma halları aşkarlanarsa, mütəxəssislərlə məsləhətləşib daha lokal, məhz həmin məktəblərlə bağlı qərar veriləcək: “Ümid edirəm ki, distant təhsilə qayıtmağa məcbur olmayacağıq”.