Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin ölkəsində olması ilə bağlı Varşavanın qorxularını əsassız adlandırıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Lukaşenkonun sözlərinə əsasən, “Vaqner” döyüşçülərinin Polşa ilə sərhəd yaxınlığındakı poliqona gəlişi sırf Belarus hərbi bölmələrinin təlimi prosesi ilə bağlıdır.
Belarus dövlət başçısı, həmçinin qeyd edib ki, Belarusdakı “Vaqner” döyüşçüləri hələ də Osipoviç yaxınlığındakı düşərgədə yerləşdirilib.
Qeyd edək ki, Polşa hökuməti “Vaqner” özəl hərbi şirkətinin Belarusa gəlməsi ilə bağlı bu ölkə ilə sərhədini möhkəmləndirmək qərarına gəlib.
Azinformasiya.az