Rusiyada silahlı qiyama cəhd fonunda Belarus ordusu tam döyüş hazırlığına gətirilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bu gün general rütbələrinin təqdimat mərasimindəki çıxışında bildirib.
O qeyd edib ki, Rusiyada baş verən hadisələr fonunda ordunun tam döyüş hazırlığına gətirilməsi barədə əmr verib.
“Mən ordunun tam döyüş hazırlığına gətirilməsi üçün bütün əmrləri verdim” -deyə Belarus Prezidenti vurğulayıb.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya qiyamın nizamlanmasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Azinformasiya.az