Lukaşenko: Rusiya dağılsa, dağıntılar altında qalacağıq

“Rusiya dağılsa, dağıntılar altında qalacağıq, hamımız öləcəyik”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Ən pisi odur ki, qarışıqlıq olsaydı, Qərb dərhal bundan istifadə edərdi. Yeni qlobal münaqişə təhlükəsi heç vaxt indiki kimi yaxın olmayıb. Yenə də ölkəmizi, bütün regionumuzu partlatmağa, insanları çaşdırmağa, vəziyyəti hər vasitə ilə sarsıtmağa və bu xaos altında öz qaydalarını tətbiq etməyə, öz nizamlarını qurmağa çalışırlar. O nizam-intizam ki, orada artıq nə bizim ölkələrimiz, nə də xalqlarımız olacaq. Bizi kollektiv Qərbin real planları və niyyətləri barədə çaşdırmağa çalışırlar. Təəssüflər olsun ki, bizim vəziyyəti dinc danışıqlar yolu ilə həll etmək cəhdlərimizə indi orada “diplomatik imitasiya” deyirlər. Bu “imitasiya”nın qiyməti yüzlərlə, minlərlə insanın həyatına başa gəlir. Bu gün biz NATO-nun yeni genişlənmə dalğasını və alyans üzvlərinin regionda, həmçinin sərhədlərimizin bilavasitə yaxınlığında potensialının görünməmiş şəkildə artırılmasını açıq şəkildə görürük”, deyə Belarus lideri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir