Lukaşenko: Priqojin Belarusda deyil

“Vaqner” rəhbəri Yevgeni Priqojin Belarusda deyil, o, Sankt-Peterburqdadır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Vaqner” Rusiya şirkətidir. Ona görə də, sual mənə verilməməlidir. Məndə olan məlumata əsasən, “Vaqner” döyüşçüləri öz düşərgələrindədirlər. Priqojinə gəlincə isə, o, Sankt-Peterburqdadır, Belarus ərazisində yoxdur”, – Lukaşenko bildirib.

Lukaşenko Belarusda yerləşdiriləcək “Vaqner” döyüşçüləri haqqında da danışıb:

“Müəyyən sayda döyüşçünün yerləşdiriləcəyindən qətiyyən narahat deyiləm. Əgər onlardan istifadə etmək lazımdırsa, biz onları dərhal istifadə edəcəyik. Onların cəbhədə topladıqları bütün bilikləri nəzərdən keçirəcəyik və hazırlıq üçün istifadə edəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir