“Bu gün ən vacib istiqamət KTMT-nin məsuliyyəti sahəsində böhranların həllidir. Əgər tərəfdaşlarımız arasında etimadı bərpa etmək və möhkəmləndirmək üçün Belarusun köməyinə və dəstəyinə ehtiyac olarsa, biz hər şeyi edəcəyik”.
Azinformasiya.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT XİN başçıları ilə görüşündə bildirib.
O, problemlərdən qaçmağa deyil, nə qədər çətin olsa da, onları həll etməyə çağırıb.
Belarus dövlət başçısı qeyd edib ki, təşkilat üçün indi çox çətin vaxtlardır və sülhün qorunması üçün qüvvələrin, təcrübənin və resursların maksimum səfərbər olunması tələb olunur.
KTMT-nin fəaliyyətini qiymətləndirən Lukaşenko bildirib ki, təşkilat bəzən konkret problemləri həll etmədiyinə görə haqlı olaraq tənqid olunur.
“Məsələn, Qırğızıstan çoxdandır ki, Tacikistanla münaqişənin həllində kömək istəyir. Ermənistan tərəfindən əsaslı iddialar irəli sürülür. Əgər biz bu problemləri həll etməsək, KTMT ölkələri həmişə bir-birini qınayacaq, təşkilatın işindən narazılıqlarını ifadə edəcəklər. Ona görə də biz nə qədər əyilsək də, dönsək də, KTMT ölkələrinin problemlərindən çıxış yolu axtarmalıyıq. Problemlər var, vəzifələr var, nə qədər çətin olsalar da, onlar həll edilməlidir və biz bəzən onların mürəkkəbliyinə görə onları həll etmək istəmirik. Əgər qərbdən olan “dost-məsləhətçilərimiz” bu problemlərin həllinə qarışsa, o zaman nəsə etmək çox çətinləşəcək”, – deyə Lukaşenko diqqətə çatdırın.
Belarus Prezidenti, həmçinin bildirib ki, KTMT aqressiv və ya hücum edən hərbi-siyasi blok deyil, yaradıcı və birləşdirici gündəliyə malik olan müstəsna müdafiə xarakterli bir təşkilatdır.
Azinformasiya.az