Lukaşenko İran Prezidenti Rəisinin ölümündə ABŞ-ni günahlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin ölümündə ABŞ-ni günahlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.

Lukaşenko vurğulayıb ki, bu, onun prezident kimi deyil, bir şəxs kimi mövqeyidir.

“ABŞ-nin iyrənc siyasəti buna gətirib çıxardı. İlk növbədə, sanksiyalar. Bu yaramazların adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər. Bu dəqiqdir”, – Lukaşenko bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir