Lukaşenko: Belarus ətrafında gərgin vəziyyət hökm sürür

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi ətrafında qeyri-sabit və gərgin vəziyyətin hökm sürdüyünü bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.

Dövlət başçısının sözlərinə əsasən, bir sıra ölkələr Belarusun Baltik dənizi vasitəsilə ticarət əlaqələrini pozmaqla hədələyir:

“Artıq bəzi dövlətlər Baltik dənizini bloklamaqdan danışır, guya ticarət gəmilərimizi buraxmayacaqlar. Biz əvvəllər Litva və Latviya üzərindən ticarət aparırdıq, indi isə bu azğınlar bizi oraya buraxmırlar. Hazırda Leninqrad vilayətinin limanları vasitəsilə Baltik dənizindən istifadə edirik. İndi deyirlər ki, guya Danimarka yaxınlığında keçidi bağlayacaqlar. Biz buna göz yumacağıq? Bizə qarşı belə rəftar etmələrinə imkan verəcəyikmi? Ticarət gəmilərini hərbi gəmilər müşayiət edəcək.”

Lukaşenko bu cür təzyiqləri qəbuledilməz saydığını və Minsk-in belə addımlara cavabsız qalmayacağını əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir