Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlətinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.
Azinformasiya.az “news.am”a istinadən xəbər verir ki, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Görüş əsnasında regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və son hadisələr müzakirə olunub.
Azinformasiya.az