Liviya Baş naziri: Türkiyə bu gün bütün təzyiqlər qarşısında dik dayanır

Bu gün bu mərasimdə iştirakım Türkiyə və Liviya xalqları arasında tarixi bağları göstərir.

 

Azinformasiya.az xəbər verir ki, bunu İstanbulda Atatürk Hava Limanında Türkiyənin Aviasiya, Kosmos və Texnologiya Festifalı – Texnofest-2023-də çıxışında Liviya Baş naziri Əbdülhəmid Dibeybə bildirib.

Liviya Baş naziri qeyd edib ki, Türkiyə bu gün uğurlu dövlət idarəçiliyi modeli yaradıb: “Bu idarəçilik xalqa və millətə xidmət edir. Son günlər açılışı olan Akkuyu AES-lə Türkiyənin AES-ə sahib olması münasibəti ilə təbrik edirəm. Türkiyənin elektrik enerjisinə ehtiyacının 10 faizi bu AES hesabına təmin olunacaq”.

Əbdülhəmid Dibeybə bildirib ki, Türkiyə bu gün bütün təzyiqlər qarşısında dik dayanır: “Türkiyədə baş verən zəlzələdən sonra fəlakətin nəticələrinin necə sürətlə aradan qaldırıldığını müşahidə etməliyik”.

Liviya Baş naziri diqqətə çatdırıb ki, bu gün keçirilən festivalda Türkiyənin kosmik sahədə necə inkişaf etdiyini müşahidə edirik: “Türkiyə texnoloji şirkətlərinə, xüsusilə Baykar şirkətinin Liviyanın hava məkanının müdafiəsinə verdiyi töhfəyə görə təşəkkür edirəm. Allah birliyinizi, bərabərliyini daimi etsin”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir