Livan və İsrailin Vaşinqtondakı səfirləri arasında ABŞ-ın vasitəçiliyi ilə telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının məlumatında deyilir.
Söhbət zamanı atəşkəsin əldə olunması və bu yöndə diplomatik səylər müzakirə olunub.
Eyni zamanda tərəflər ABŞ vasitəçiliyi ilə çərşənbə axşamı günü Dövlət Departamentində ilk görüş keçirilməsi barədə razılığa gəliblər.
Azinformasiya.az